Qadınlardan ibarət güləş yığmamız Minskdə təlim-məşq toplanışını davam etdirir
Qadınlardan ibarət güləş yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.

Martın 4-dən start götürən hazırlıq prosesində baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında milli üzvlərindən Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko, Elis Manolova (hamısı 62 kq) və Gözəl Zutova (76 kq) iştirak edir. Yerli komanda ilə birgə keçirilən məşqlər martın 18-dək davam edəcək. Hazırlıq prosesi Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Xatırladaq ki, yarışda millimiz 53, 57, 62, 68 və 76 kiloqram çəki dərəcələrində Olimpiadaya lisenziya qazanmağa çalışacaq. Qadın güləşçilər martın 20-21-də mübarizə aparacaq.

Xəbər 927 dəfə oxundu.