Karate üzrə “Baku open” beynəlxalq turnirin son gününün yarışları keçirilir
Bakıda Boks Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turnirinin son gününün yarışları start götürüb.

Yarışda 6-7, 8-9 yaşlı oğlanlar və qızlar mübarizə aparırlar.

Turnir dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycan ilə yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir.


Xəbər 896 dəfə oxundu.