“Ağ-qaralar” Premyer Liqanın debütantına qarşı
Bakının “Neftçi” klubunun Türkiyədə keçirəcəyi təlim-məşq toplanışındakı rəqiblərindən biri məlum olub. İdman.com.az saytının məlumatına görə, 7-qat ölkə çempionu yoxlama oyunlarından birində Rusiyanın “Mordoviya” kollektivi ilə görüşəcək. Saransk təmsilçisi ilə matç iyunun 17-də baş tutacaq.

Qeyd edək ki, Qızılcahamamda toplanış keçən “Mordoviya” 2011/12 mövsümündə Rusiya çempionatının aşağı dəstəsində çempion olaraq Premyer Liqaya yüksəlib.

Xəbər 896 dəfə oxundu.