“Baku Open”in kata yarışlarında müxtəlif yaş qruplarında Azərbaycan karateçiləri fərqləniblər
Bakıda Boks Mərkəzində keçirilən XI “Baku Open” beynəlxalq karate turnirində kata üzrə 10-11, 12-13 yaşlılar arasında yarışların qalibləri müəyyənləşib. Hər iki yaş qrupunda Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.

Martın 7-də keçirilən yarışda oğlanlar arasında Salman Salmanov (10-12 yaş), Turan Əhmədzadə (12-13 yaş) birinci yeri tutublar. Qızların mübarizəsində isə Xədicə Salmanova (10-11 yaş), Ramilə Heydərova (12-13 yaş) fərqləniblər.

Turnir dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycan ilə yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir. Yarışa martın 8-də yekun vurulacaq.


Xəbər 930 dəfə oxundu.