Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib
Martın 7-də Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib. Azərbaycan Atletika Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak edirlər.

Yarışda 100-ə yaxın qız və oğlan idmançı səkkiz məsafə üzrə mübarizə aparır.

Yarışın qalibləri apreldə keçiriləcək respublika çempionatına vəsiqə qazanacaqlar.

Xəbər 844 dəfə oxundu.