Dama üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində 64 xanalı dama üzrə paytaxt birinciliyi keçirilib.

Yarış beynəlxalq dərəcəli hakim Boris Muşailovun rəhbərlik etdiyi hakimlər kollegiyası tərəfindən idarə olunub.

Qızlar və oğlanlar arasında keçirilən yarışda 80 idmançı mübarizə aparıb. Qızların yarışında Nigar Məmmədli (10 yaş), Ayla Abbaslı (13 yaş), Aydan Əliyeva (16 yaş) və Amina Şabanova (gənclər) birinci olublar. Oğlanların mübarizəsində Arif Mirzəyev (10 yaş), Asif Aşurov (11-13 yaş), Tuncay İmanov (14-16 yaş) və Əli Vəzirov (gənclər) qızıl medal qazanıblar.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 829 dəfə oxundu.