AFFA-nın əməkdaşı Ukrayna–Şimali İrlandiya oyununun hakim-inspektoru olacaq
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik beynəlxalq oyuna təyinat alıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Ukrayna–Şimali İrlandiya oyununun hakim-inspektoru F.Stuçlik olacaq.

Qeyd edək ki, Ukrayna–Şimali İrlandiya oyunu martın 31-də Lvov şəhərində təşkil ediləcək.

Xəbər 930 dəfə oxundu.