Azərbaycanlı idmançılar Lutskda keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirin qalibi olublar
Ukraynanın Lutsk şəhərində qaydasız döyüş üzrə beynəlxalq turnir keçirilib.

MMA üzrə “PRİDE-2020” turnirində Azərbaycanı üç idmançı təmsil edib.

Azərbaycan təmsilçilərindən olan Elçin Hüseynov və Ruslan Məmmədhəsənov birinci, Orxan Kərimov isə ikinci yerə layiq görülüblər.
ƏTRAFLI
ArazMarketler

İdmançılarımız Lvov və Lutsk şəhərlərindən gələn soydaşlarımızın verdikləri dəstəkdən ruhlandıqlarını qeyd edib, yarışı yüksək səviyyədə təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Xəbər 766 dəfə oxundu.