“Baku open” beynəlxalq karate turnirinin ilk qalibləri müəyyənləşib
Bakıda Boks İdman Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turnirinin ilk qalibləri müəyyənləşib.

Yarışın birinci günündə böyüklər və veteranlar mübarizə aparıblar. Belə ki, kişilərin kata yarışlarında Həsənəli Həsənov, qadınların mübarizəsində Neda Rezai qalib olublar. Veteranlar arasında Anar Əhmədov (36-45 yaş) və Rəfael Məmmədov (46-55 yaş) qızıl medal qazanıblar.

Martın 6-da 16-17 yaşlı və 18-21 yaşlı gənclər, ertəsi gün 14-15 yaşlı yeniyetmələr, ayın 8-də isə 6-13 yaşadək uşaqlar yarışa qoşulacaqlar.

Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir.

Xəbər 845 dəfə oxundu.