“Strict curl” üzrə Azərbaycan çempionatında 100-dən artıq idmançı iştirak edəcək
Bakı İdman Sarayında keçiriləcək “strict curl” üzrə Azərbaycan çempionatında 100-dən artıq idmançı iştirak edəcək.

Bu sözləri müsahibəsində pauerliftinq üzrə üçqat Avropa və dünya çempionu, idman ustası, Azərbaycan Stronqmen Federasiyasının nəzdində “Strict curl Azərbaycan” bölməsinin rəhbəri Camal Əhmədzadə deyib.

C.Əhmədzadə qeyd edib ki, martın 17-də çəki prosesi, ertəsi gün isə yarış təşkil olunacaq. Yarışa maraq böyükdür. Çempionat öncəsi bir neçə idman zalında görüşümüz olub. İdmanın bu növünün kütləviləşməsi istiqamətində mühüm işlər görülür. Çempionatda paytaxt ilə yanaşı, bölgələrdən də atletlər ölkə çempionu adı uğrunda mübarizə aparacaqlar.

AZƏRTAC

Xəbər 829 dəfə oxundu.