“Baku open” beynəlxalq karate turniri başlayıb
Martın 5-də Bakıda Boks İdman Mərkəzində 11-ci “Baku open” beynəlxalq karate turniri başlayıb.

Yarışın birinci günündə böyüklər və veteranlar mübarizəyə başlayıblar. Martın 6-da 16-17 yaşlı və 18-21 yaşlı gənclər, ertəsi gün 14-15 yaşlı yeniyetmələr, ayın 8-də isə 6-13 yaşadək uşaqlar yarışa qoşulacaqlar.

Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir.

Yarışın təntənəli açılış mərasimi martın 6-da saat 17:00-da olacaq.

Xəbər 882 dəfə oxundu.