Fiqurlu konkisürənimiz Yekaterina Ryabova dünya çempionatında çıxış edəcək
Estoniyada yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatı keçirilir.

Çempionatda ölkəmizi Yekaterina Ryabova təmsil edir.

İdmançımız martın 6-da qısa, ertəsi gün isə sərbəst proqramla çıxış edəcək.

Qeyd edək ki, Y.Ryabova Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında səkkizinci, Avropa çempionatında isə altıncı olub.

Xəbər 816 dəfə oxundu.