Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib
Martın 4-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib.

İlk turda Zeynəb Məmmədyarova Ülviyyə Fətəliyeva, Səbinə Rzalı Ayan Allahverdiyeva, Xəyalə Abdulla Xanım Balacayeva üzərində qələbə qazanıb. Gülnar Məmmədova Türkan Məmmədyarova, Gövhər Beydullayeva Mələk İsmayılla heç-heçə oynayıblar.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.

Xəbər 782 dəfə oxundu.