Şahmat üzrə “Bahar” festivalında beş idmançı liderlik edir
Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq “Bahar” festivalının ikinci turunun oyunları keçirilib.

Sahib Əsgərov, İsmayıl Məmmədov, Məhəmməd Camalov, Müctəba Qurbanov, Rahim Məmmədov iki turda maksimum xal qazanaraq liderlik edirlər.

Yaş və dərəcə məhdudiyyətinin tətbiq edilmədiyi turnirdə 36 şahmatçı mübarizə aparır.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olan turnirdə şahmatçılar 1-ci, 2-ci və 3-cü dərəcə normalarını da yığa biləcəklər.


Xəbər 793 dəfə oxundu.