Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatına start verilir
Martın 4-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının birinci turunun oyunları keçiriləcək.

İlk turda Ayan Allahverdiyeva Səbinə Rzalı, Gülnar Məmmədova Türkan Məmmədyarova, Xəyalə Abdulla Xanım Balacayeva, Ülviyyə Fətəliyeva Zeynəb Məmmədyarova, Gövhər Beydullayeva isə Mələk İsmayılla mübarizə aparacaq.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.

Xəbər 789 dəfə oxundu.