Qılıncoynadanlarımız Yunanıstanda dünya kuboku turnirinin mərhələ yarışında mübarizə aparacaqlar
Mart 6-dan 8-dək Azərbaycanın qadın qılıncoynadanları Yunanıstanın paytaxtı Afinada keçiriləcək dünya kuboku turnirinin mərhələ yarışında mübarizə aparacaqlar.

Turnirdə sablya üzrə milli komandamızın üzvləri Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova iştirak edəcəklər.

Qeyd edək ki, turnirdə 42 ölkədən 200 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 887 dəfə oxundu.