Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Püşkatmaya əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq ilə qarşılaşacaq.

Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak ediblər.

Qeyd edək ki, UEFA Millətlər Liqasının ilk turunun oyunları sentyabrın 1-dən 3-dək keçiriləcək. Növbəti turlar isə 6-8 sentyabr, 8-10 oktyabr, 11-13 oktyabr, 12-14 və 15-17 noyabrda təşkil olunacaq.

Xatırladaq ki, turnirin ilk qalibi Portuqaliya yığmasıdır.

Xəbər 740 dəfə oxundu.