"Azərreyl" komandası Super Liqada növbəti qələbəsini qazanıb | |
Martın 3-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında iki oyun keçirilib. Azərbaycan Voleybol Mərkəzində meydana əvvəlcə “Abşeron” və “Mübariz” komandaları çıxıblar. Görüş "Abşeron"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ikinci oyununda isə “Azərreyl” və UNEC komandaları üz-üzə gəlib. Bu dəfə "Azərreyl" fərqlənməyi bacarıb - 3:0. Hesabında 21 xal olan "Azərreyl" turnir cədvəlinin birinci pilləsində yer alıb. "Abşeron" 18 xalla ikinci pillədə qərarlaşıb. "Mübariz" isə 9 xalla üçüncüdür. |
|
Xəbər 828 dəfə oxundu. |
|
|