Azərbaycanda velosiped bölmələrində məşq və tədris prosesi dayandırılıb
Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb.

Tədbirlər koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirə salınıb.

Bundan əlavə, martın 7-8-də keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə Bakı kubokunun 1-ci mərhələsi də təxirə salınıb.

Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Xəbər 788 dəfə oxundu.