Avro-2012: Ronaldunun mühafizəçiləri var
Dünyanın ən məşhur futbol ulduzlarından olan Kriştianu Ronaldu Avro-2012 dövrü üçün özünə mühafizəçi tutub. Mühafizəçi futbolçunun təhlükəsizliyinə cavabdehlik daşıyacaq. O, polşalıdır və yarış boyu Ronaldunu addım-addım izləyərək, kiminsə ona yaxın düşməsinə mane olmalıdır.

İdman.com.az saytı xəbər verir ki, mühafizəçi futbolçunu məşqlərdə də nəzarətindən buraxmır. Bu şəxsin Ronaldunun mühafizəsi işindən nə dərəcədə gələ biləcəyini deyə bilmərik. Ancaq qitə çempionatında rəqib müdafiəçilər onun nəzarəti işinin öhdəsindən hələ ki, yaxşı gəlirlər.

Xəbər 911 dəfə oxundu.