Məktəblilər arasında basketbol turnirinin qalibləri müəyyənləşib
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Xətai rayon məktəbliləri arasında 204 nömrəli tam orta məktəbdə basketbol üzrə turnir keçirilib.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə görə 269 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. 17 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 204 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Qaliblər Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıb.

Xəbər 938 dəfə oxundu.