Paralimpiyaçı atletlərimiz Antalyada təlim-məşq toplanışında iştirak edirlər
Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə komandası baş məşqçi Oleq Panyutinin rəhbərliyi altında Antalyada təlim-məşq toplanışında iştirak edir.

Antalyada keçirilən hazırlıq prosesi Braziliyanın San-Paulo şəhərində təşkil olunacaq Qran-Priyə hazırlıq məqsədi daşıyır.

Təlim-məşq toplanışına martın 15-də yekun vurulacaq.

Xəbər 874 dəfə oxundu.