ADCC Submission Fighting üzrə birinci açıq Bakı turniri keçirilib
Hövsan Olimpiya İdman Kompleksində ADCC Submission Fighting üzrə birinci açıq Bakı turniri keçirilib.

Turnirdə respublikamızın paytaxt və bölgələrindən 150-yə yaxın idmançı qüvvəsini sınayıb. Yarışlar bütün yaş qrupları üzrə orta və professional səviyyələr üzrə təşkil olunub.

Çempionatda medal sayına görə “Kempo” idman klubu bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “JG” idman klubu ikinci, “Team Bear” klubu isə üçüncü pillədə qərarlaşıb. Qaliblər yarışın təşkilatçısı olan ADCC Submission Fighting Federasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, yarışın əsas məqsədi idmanın bu növünü Azərbaycanda məşhurlaşdırmaq, ilin ikinci yarısında keçiriləcək “Open Azerbaijan” və ölkə birinciliyinə hazırlıq xarakteri daşıyır.


Xəbər 829 dəfə oxundu.