Azərbaycanın kişi şpaqaçıları Avropa çempionatında doqquzuncu olublar
Azərbaycan qılıncoynadanları Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışlarını başa vurublar.

Kişi şpaqaçılarımız 21 komandanın çıxış etdiyi yarışda 9-cu olublar.

Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərovdan ibarət komandamız birinci görüşündə finlandiyalı həmkarlarına 45:34 hesabı ilə qalib gəlib. Şpaqaçılarımız ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda görüşdə turnirin finalınadək irəliləyən İtaliya yığmasına 25:45 hesabı ilə uduzublar. Komandamız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə ilk olaraq İsrail kollektivinə 45:44 hesabı ilə qalib gəlib. Sonra milimiz Böyük Britaniya təmsilçilərini 45:35 hesabı ilə məğlub edib. Komandamız 9-cu yer uğrunda görüşdə Almaniya qılıncoynadanları üzərində 40:39 hesablı qələbə qazanıb.

Xəbər 880 dəfə oxundu.