Varşavada keçirilən açıq Avropa turnirində Azərbaycan cüdoçuları 3 medal qazanıblar
Fevralın 29-dan martın 1-dək Varşavada cüdoçular arasında keçirilən açıq Avropa turnirində Azərbaycan komandası iki gümüş, bir bürünc medal qazanıb.

Cüdoçularımızdan Rüfət İsmayılov (90 kiloqram) və Şahin Qəhrəmanov (+100 kiloqram) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər. Komandamızın digər üzvü Yaşar Nəcəfov (60 kiloqram) isə bürünc medal qazanıb. Qitə yarışında ölkəmizi 18 cüdoçu təmsil edib. Yarışda 40 ölkədən 400-dən çox cüdoçu mübarizə aparıb.

Xəbər 850 dəfə oxundu.