Karateçilərimiz Avstriyada Premyer Liqa turnirini iki medalla başa vurublar
Karateçilərimiz Avstriyanın Zalsburq şəhərində keçirilən “Karate 1” Premyer Liqa turnirini iki medalla başa vurublar.

Rafiz Həsənov (67 kq) yarışda uğurla çıxış edərək qızıl medal qazanıb. O, finalda İtaliya təmsilçisi Luka Mareskadan üstün olub.

Qadınların yarışında isə İrina Zaretska (68 kq) bürünc medal qazanıb.

Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş “Karate 1” Premyer Liqa turnirində də iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar.


Xəbər 886 dəfə oxundu.