Karateçimiz Avstriyada keçirilən Premyer Liqa turnirində bürünc medal qazanıb
Avstriyanın Zalsburq şəhərində keçirilən Karate1 Premyer Liqa turnirinində milli komandamız ilk medalını qazanıb.

Karateçilərimizdən İrina Zaretska Premyer liqa turnirinin bürünc medalına sahib olub.

Yarışda daha 3 idmançımız mükafat görüşlərinə çıxacaq. Rafiz Həsənov (67 kq) finalda, Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medallar uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş Karate1 Premyer Liqa turnirində iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar.
Premyer Liqa turnirinə bu gün yekun vurulacaq.


Xəbər 870 dəfə oxundu.