Usta cüdoçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib.

Yarışda müxtəlif kateqoriyalar üzrə 78 veteran idmançı medallar uğrunda mübarizə aparıb. İyirmi bir klubun heyətində yer alan usta cüdoçuların yarışı maraqlı idman mübarizəsi şəraitində keçib.

Çempionatın qalib və mükafatçılarına medallar, Azərbaycan Cüdo Federasiyasınin diplomları təqdim olunub.

Qeyd edək ki, usta cüdoçular arasında respublika çempionatının qalibləri Avropa çempionatında mübarizə aparacaqlar.

Xəbər 878 dəfə oxundu.