“Voleybol üçün daha bir gün” festivalının iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
“Voleybol üçün daha bir gün” devizi altında keçirilən festivalın iştirakçıları fevralın 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Tədbirdə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Gənclər və İdman Nazirliyinin, federasiyanın nümayəndələri iştirak ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Xəbər 862 dəfə oxundu.