Avro-2012: Ehtiyatı əldən vermək olmaz
Qitə çempionatı bəlkə də kiməsə qəribə görünəcək tərzdə başlayıb. Heç bir oyunda azarkeşlər əvvəlcədən proqnozlaşdırdıqları oyunlarla üzləşmirlər. Amma əslində bu təbiidir. İlk öaxışda, bir-birinə bələd olan komandaların bu yanaşmasını ehtiyatlılıq adlandırmaq olar. Axı, dünya kuboku uğrunda mübarizədən fərqli oldaraq, burada komandaları zəif-güclü prinsipi ilə bölüşdürmək bir qədər nisbidir. Əvvəlki illərə nəzər salsaq, bunun əyani nümunələrini də görmək olar. Elə buna görə də hər itirilən xal qazanılandan da baha qiymətləndirilməlidir. Nümunə üçün, hollandları göstərmək olar. Dünənə qədər keçirilən matçılarda yalnız onlar heç bir riski göz altına almadan daim hücumda oldular və nəticədə... Nəticə də göz öünündədir: daha praqmatik oynayan danimarkalılar 92-ci ilin qitə çempionatını xatırlatdılar.

Hərçənd danimarkalıların baş məşqçisi Kristian Eriksen deyinr ki, 3 həftədir hollandlarla oyuna məqsədyönlü hazırlıq keçiblər və 1992-ci ilin nağılını təkrarlamaq onların heç yuxularına da girmir. Onun oyunla bağlı obyektiv qeydlərini də birinci turun ən maraqlı ifadəsi kimi işlətmək olar: «Əlbəttə, oyunlda topa daha çox nəzarət etmək istərdik, lakin Niderland seçməsinin səviyyəsi elədir ki, o, bizə imkan verdiyi qədər oynaya bildik. Qarşılaşmada çox qüvvə xərcləndi. Amma dəqiq deyə bilmərəm – hollandlardan çox apardı, yoxsa bizdən».
Əgər yekunda bu qitə çempionatının dərslik nümunəli matçlarını seçmək lazım gəlsə, məhz bu qarşılaşmanı yaddan çıxarmaq olmaz. Bu, görüş sadəcə, praqmatizmin qələbəsi deyildi. Çünki danimarkalılar əks-hücumla yarımmüdafiədə möhkəm və balanslaşdırılmış oyunun əla vəhdətini də göstərdilər. «Narıncılar»da da çatışmayan elə bu oldu. Komanda böyük liderlərinin fəal oyunu fonunda məhz komanda kimi xeyli axsadı. Onların cəmi bir Bendtnerin funksionallığını nümayiş etdirə bilmədi. Hərçənd bu mənada adı çəkilən futbolçu komandasının, sadəcə, meydandakı 11 bərabər oyunçusundan biri idi. Bu yerdə matçdan sonra holland van der Vaartın bir sözünü də xatırlamaq yerinə düşər: «1998-ci ildə də komandamız Avropa çempionatına bərbad başlamışdı, amma sonda kuboku başı üzərinə qaldırdı».

İlk görüşlərin ən parlaq oyununu ilk baxışda rusiyalılar göstərdilər. Lakin onlar da yalnız rəqib meydanda özünü təslim etdikdən və ya onun zəifləri üzə çıxdıqdan sonra parlamaqla gələcək üçün stimul əldə etdilər və indi qrupun əsl favoriti saylıa bilərlər. Eyni sözləri xorvatlar haqqında da söyləmək olar. Ulduzluq effekti verməsə, ruslar rəqiblərin də itirdiyi iki xaldan bəhrələnə bilərlər. Bir o fərqlə ki, balkanlılar, sadəcə, təzyiqi mərhələ-mərhələ artırıb, ehtiyatı əldən verməməklə, istədiklərinə çatdılar. İndi bu qrupla çox şey, əvvəldən də proqnozlaşdırdığımız kimi, irlandlarla oyunlardan asılı olacaq.

Məncə, bu günə qədərki qarşılaşmalarda oyun planında daha böyük sürprizi italyanlar etdilər. Son günlərdə daim təzyiq altında olan və oyun alqı-satqısının növbəti təzyiqinə baxmayaraq, komanda bir çox hallarda nümunəvi kombinativ futbol nümayiş etdirməklə, bəzi hallarda qitə-dünya çempionundan üstün də göründülər.
Almanları ilk oyuna görə qınamaq olmaz. Çünki «saat mexanizmlilər» necə qrupda qərarlaşdıqlarını bütün rəqiblərindən yaxşı anlayırlar və elə görə də rasoinallığın 3 xalı və hollandların itkisi sayəsində favoritə çevrilə bildilər.

BATI YAR, “İdman” qəzeti

«A» qrupu
8 iyun
Polşa – Yunanıstan. 1:1 (Levandovski, 17//Salpingidis, 51)
Rusiya – Çex Resp. 4:1 (Dzaqoyev, 15, 79, Şirokov, 24, Pavlyuçenko, 82//Pilar, 52)

«B» qrupu
9 iyun
Niderland – Danimarka. 0:1 (Kron-Dehli, 24)
Almaniya – Portuqaliya. 1:0 (Qomes, 72)

«C» qrupu
10 iyun
İspaniya – İtaliya. 1:1 (Fabreqas, 64//Di Natale,61)
İrlandiya – Xorvatiya. 1:3 (Sent-Lecer, 19// Mancukiç, 3, 48, Elaviç, 43)

«D» qrupu
11 iyun
21:00. Fransa – İngiltərə, 23:45. Ukrayna – İsveç

Xəbər 1201 dəfə oxundu.