Bakıda “Voleybol üçün daha bir gün” devizi altında festival keçiriləcək
Dörd ildən bir təsadüf etdiyimiz fevralın 29-da Avropa Voleybol Konfederasiyası (CEV) “Voleybol üçün daha bir gün” devizi altında festival təşkil edəcək.

Avropada bu gün ilk dəfə 2016-ci ildə qeyd edilib. Həmin gün CEV-in tərkibində olan federasiyalar müxtəlif tədbirlər, peşəkar, və həvəskar voleybolçular üçün matçlar keçirib. Ən maraqlısı isə keçirilən matçlarda setlər günün şərəfinə 25-dən yox, 29 xaldan hesablanıb.

AVF də həmin gün voleybolçular üçün festival keçirəcək. Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq festivalda müxtəlif oyunlar, musiqi proqramı və istedadlı voleybolçuların seçimi olacaq.

Xəbər 852 dəfə oxundu.