Qrossmeyster Eltac Səfərli uşaqlar üçün seans oyunu keçirib
Fevralın 28-də şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, qrossmeyster Eltac Səfərli uşaqlar üçün seans oyunu keçirib.

Mərkəzi Şahmat Klubunda beynəlxalq usta, Əməkdar məşqçi, FIDE məşqçisi Orxan Abdulovun təşkilatçılığı ilə keçirilən seans oyunu, eyni vaxtda 30 şahmat taxtasında baş tutub.

Tədbirdə Eltac Səfərli seans iştirakçıları ilə öz uğur yolu haqqında söhbət edib, şahmatçılara məsləhətlərini verib. Oyunun sonunda hər bir seans iştirakçısı sertifikat ilə, qalib gələn şahmatçılar isə diplom, medal və pul mükafatı ilə təltif olunublar.

Qeyd edək ki, seans iştirakçıları arasında müxtəlif yaş qruplarında dünya, Avropa birinciliklərinin, bir sıra nüfuzlu yarışların qalib və mükafatçıları da yer alıb.

Xəbər 770 dəfə oxundu.