Antalyada Azərbaycan cüdoçularının da qatılacaqları Avropa kuboku yarışları keçiriləcək
Fevralın 29-dan martın 1-dək Antalyada yeniyetmə cüdoçular arasında keçiriləcək Avropa kuboku yarışlarında Azərbaycan komandası 46 idmançı ilə təmsil olunacaq.

Azərbaycanı qitə yarışında oğlanların mübarizəsində 33, qızların yarışında isə 13 cüdoçu təmsil edəcək. Komandamızın heyətində bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları da yer alıblar.

Avropa kuboku yarışlarında 17 ölkədən 529 cüdoçu iştirak edəcək.


Xəbər 1235 dəfə oxundu.