Yüksək Liqa: MOİK “Azərreyl”i, “Express” isə “Sərhədçi”ni məğlub edib
Fevralın 28-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında iki oyun keçirilib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan görüşlərdə ilk olaraq meydana “Azərreyl” və MOİK komandaları çıxıblar. Görüş MOİK-in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunda “Express” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Bu dəfə “Express” voleybolçuları qələbəyə seviniblər – 3:0.

Turnir cədvəlinə 21 xalla “Neftçi” komandası liderlik edir. “Xilasedici” 18 xalla ikinci, “Murov” isə 17 xalla üçüncü pillədə qərarlaşıb.


Xəbər 862 dəfə oxundu.