Formula 2: “Trident” komandası yeni mövsüm üçün heyətini açıqlayıb
Formula 2 yarışlarında iştirak edən “Trident” komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb.

Bir neçə gün əvvəl yaponiyalı pilot Marino Satonu heyətinə cəlb edən komanda yeni müqavilə imzalayıb. Komanda Formula 1 komandası “Williams”ın test sürücüsü israilli Roy Nissani ilə razılığa gəlib.

Formula 2 yarışlarının yeni mövsümünə martın 20-22-də Bəhreyndə keçiriləcək Qran-Pri ilə start veriləcək. Çempionatın beşinci mərhələsi iyunun 5-7-də Bakıda təşkil olunacaq. Yarışda 11 komanda birincilik uğrunda mübarizə aparacaq.

AZƏRTAC

Xəbər 926 dəfə oxundu.