“Mercedes”in pilotu Valtteri Bottas “F1 Joburg Festival”ında iştirak edəcək
Martın 29-da Cənubi Afrika Respublikasında cari ildə birinci Formula 1 festivalı keçiriləcək. “F1 Joburg Festival” Yohannesburq şəhərində üç komanda – “Mercedes”, “Red Bull Racing” və “Renault”ın iştirakı ilə təşkil olunacaq.

Tədbirdə çempion komanda “Mercedes”i Valtteri Bottas, “Red Bull Racing”i Devid Kulthard təmsil edəcək. Festivalda Codi Şekterin də iştirakı təsdiqlənib. 1979-cu ilin dünya çempionu qalib gəldiyi “Ferrari” bolidi ilə Yohannesburq küçələrində sükan arxasına keçəcək.

AZƏRTAC

Xəbər 900 dəfə oxundu.