“Tokio 2020” təşkilatçıları ilk dəfə olaraq öz rəsmi idman piktoqramlarını təqdim edib
Fevralın 27-də “Tokio 2020” təşkilatçıları Olimpiya və Paralimpiya Oyunları tarixində ilk dəfə olaraq öz rəsmi idman piktoqramlarını təqdim edib.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, ümumi sayı 50 olan piktoqramların 33-ü olimpiya, 23-ü isə paralimpiya idman növlərini əhatə edir.

Bu idman piktoqramları hər bir idman növünün xüsusiyyətlərini incə şəkildə ifadə etmək, habelə idmançıların dinamizmini bədii şəkildə vurğulamaq üçün hazırlanıb.

Qeyd edək ki, yeni kinetik idman ekvivalentləri, keçmiş Olimpiya və Paralimpiya Oyunlarının mirasına hörmət edir və “Tokio 2020” Oyunlarının indiyə qədər ən yenilikçi oyunlar olacağını vurğulayır.

Xəbər 1469 dəfə oxundu.