Azərbaycan Milli Paralimpiya Komitəsi beynəlxalq əməkdaşlığı genişləndirir
Fevralın 27-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə Rusiyanın Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək Milli Mərkəzi arasında protokol imzalanıb.

Protokolu AMPK-nın prezidenti İlqar Rəhimov və Milli Mərkəzin prezidenti Dmitri Petrakov imzalayıblar.

Razılaşmaya Azərbaycan, Rusiya və İtaliyanın müvafiq qurumları qoşulublar.

Qeyd edək ki, qurumların birgə təşkilatçılığı ilə müyəssərliyin təmin olunması üzrə ekspertlərin hazırlanması ilə əlaqədar nəzəri seminarın ikinci mərhələsi uğurla başa çatıb. Seminarın Sankt-Peterburqda baş tutacaq üçüncü mərhələsində keçiriləcək imtahanlarda müvəffəqiyyət qazanan iştirakçılara beynəlxalq sertifikat veriləcək.


Xəbər 872 dəfə oxundu.