Moskvada isti hava səbəbindən snoubord üzrə dünya kubokunun mərhələ yarışı ləğv olunub
Moskvada keçiriləcək snoubordun paralel slalom növü üzrə dünya kubokunun mərhələ yarışı ləğv olunub.

Əvvəlcə yarışın fevralın 1-də keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq isti hava şəraitinə görə yarışın vaxtı dəyişdirilmişdi. Belə ki, dünya kubokunun mərhələ yarışının keçirilməsi martın 6-na təyin olunmuşdu. Beynəlxalq Xizək İdmanı Federasiyasının (FIS) yekun qərarına əsasən yarış ləğv edilib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Snoubord Federasiyasının rəhbərliyi yarışın Vorobyevı qorıda keçirilməsini təklif etmişdi. Ancaq FIS bunu qəbul etməmişdi.

AZƏRTAC

Xəbər 935 dəfə oxundu.