Moskvada “Aeroflot open” festivalında şahmatçılarımız liderlik edirlər
Fevralın 26-da Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının səkkizinci turunun oyunları keçirilib.

Festivalın A turnirində uğurla çıxış edən gənc şahmatçımız Aydın Süleymanlı səkkiz turdan 6 xal toplayaraq liderliyə yüksəlib. Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə ikinci yeri tutur. A turnirində digər şahmatçılarımız - Vüqar Əsədli 5 xal, Vasif Durarbəyli 4,5 xal, Abdulla Qədimbəyli 4 xal qazanıblar.

Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı 5,5 xalla səkkizinci yeri tutur.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

AZƏRTAC

Xəbər 789 dəfə oxundu.