Ağdamda alpaqut üzrə Azərbaycan çempionatı keçiriləcək
Martın 14-də Ağdam Olimpiya İdman Kompleksində alpaqut üzrə VI Azərbaycan çempionatı keçiriləcək.

İdmançılar ölkə çempionatında alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparacaqlar. Turnirdə ölkəmizin 40 bölgəsinin idman klubları və cəmiyyətlərindən 600-ə yaxın alpaqutçu iştirak edəcək.


Xəbər 885 dəfə oxundu.