AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edəcəklər
Fevralın 27-28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda UEFA-nın “Klubların lisenziyalaşdırılması və maliyyə fair-play”i mövzusuna həsr olunmuş regional seminarı keçiriləcək.

AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov və Aynur Abdullayevanın iştirak edəcəyi seminarda klubların lisenziyalaşdırılması və maliyyə məsələlərini əhatə edən mövzular müzakirə olunacaq.

Xəbər 697 dəfə oxundu.