Yeniyetmə qılıncoynadanlarımız Avropa çempionatında komanda yarışlarında qüvvələrini sınayacaqlar
Fevralın 26-da Azərbaycanın yeniyetmə qılıncoynadanları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında komanda yarışlarında qüvvələrini sınayacaqlar.

Oğlan sablyaçılarımız onaltıdabir finalda Fransa yığması ilə qarşılaşacaqlar. Şpaqa üzrə qızlardan ibarət seçməmiz isə otuzikidəbir finalda Böyük Britaniya millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yeniyetmələr arasında qılıncoynatma üzrə Avropa çempionatına fevralın 26-da yekun vurulacaq.

Xəbər 979 dəfə oxundu.