Bakı Gimnastika Məktəbinin yetirməsi Macarıstanda gümüş medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə “Gracia Cup” beynəlxalq turniri keçirilib.

Turnirdə Bakı Gimnastika Məktəbinin gənc gimnastları çıxış ediblər. 2006-cı il təvəllüdlü gimnastımız Ayla Həsənli çoxnövçülük yarışlarında uğurla çıxış edərək gümüş medal qazanıb.

Məktəbin digər yetirmələri Şəfəq Əlizadə yarışı dördüncü, Ləman Mircavadova isə beşinci pillədə başa vurublar.

Xəbər 833 dəfə oxundu.