«10 gün içində transferini həll et»
«Trabzonspor»un prezidenti Sədri Şənər komandadan ayrılmaq istəyən qolçu Burak İlmaza «10 gün içində işini həll et. Biz də buna görə öz işlərimizi planlaşdıraq» - deyib. İdman.com.az saytının məlumatına görə, Başda «Latsio» olmaqla bir çox Avropa klubundan təklif alan Burak İlmaz Sədri Şənərdən öncə baş məşqçi Şənol Günəşlə görüşündə gələn təklifləri qiymətləndirəcəyini nəzərə çatdırmışdı. Şener də bunu da nəzərə adıb futbolçu ilə bağlı deyib:

«Burakın komandadan ayrılmazdan əvvəl məşqçisindən klub başçısına qədər hər kəsin razılığını istəməsi gözəl bir davranışdı». Futbolçunun özünə isə klub prezidenti bunları söyləyib: «Müqaviləndəki maddəyə görə bizdən soruşmadan da xarici bir kluba gedə bilərdin. Amma əvvəlkilər kimi davranmadın. Bu səbəbdən sənə təşəkkür edirəm».

Xəbər 1006 dəfə oxundu.