İsmayıllıda qol güləşi üzrə rayon birinciliyi keçirilib
İsmayıllı Gənclər Mərkəzində Xocalı soyqırımına həsr edilmiş yeniyetmə və gənclər arasında qol güləşi üzrə rayon birinciliyi keçirilib.

Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Əyyubov iştirakçılara Xocalıda baş verən erməni vəhşiliklərindən, amansızlıqlarından və xalqımızın başına gələn müsibətlər barədə ətraflı məlumat verib.

Azərbaycan Qol Güləşi Federasiyasının nümayəndəsi, məşqçi müəllim Vüsal Qəzənfərov iştirakçılara yarış haqqında məlumat verib və onlara uğurlar arzulayıb.

İlk üç yerin qalibi diplom və medallarla təltif olunublar.


Xəbər 868 dəfə oxundu.