Gebre Selassiyə qarşı irqçi davranış
«Avropada futbol irqçiliyə qarşı» (FARE) təşkilatı Rusiya – Çex Respublikası matçı zamanı çexlərin qara dərili müdafiəçisi Teodor Gebre Selassinin rusiyalı fanatlar tərəfindən irqçi təhqirlərə tuş gəlindiyi bəyanatını yayıb.

Təşkilatın rəhbəri Piar Pauerin sözlərinə görə, futbolçu yaxınlaşarkən bir qrup azarkeşə uuldamağa başlayıb.

İdman.com.az saytı məlumat verir ki, bundan sonra FARE UEFA-ya müraciət edərək, azarkeşlərin stadiondakı davranışına nəzarət üçün ekspertlərin təyin olunmasını xahiş edib.

Xəbər 893 dəfə oxundu.