Qrossmeyster Eltac Səfərli uşaqlar üçün seans oyunu keçirəcək
Fevralın 28-də şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, qrossmeyster Eltac Səfərli uşaqlar üçün seans oyunu keçirəcək.

Seans oyunu, eyni vaxtda 40 şahmat taxtasında baş tutacaq.

Mərkəzi Şahmat Klubunda baş tutacaq tədbirdə Eltac Səfərli seans iştirakçıları ilə öz uğur yolu haqqında söhbət edəcək, şahmatçılara məsləhətlərini verəcək. Oyunun sonunda hər bir seans iştirakçısı sertifikat ilə, qalib gələn şahmatçılar isə diplom, medal və pul mükafatı ilə təltif olunacaqlar.

Qeyd edək ki, seans iştirakçıları arasında müxtəlif yaş qruplarında dünya, Avropa birinciliklərinin, bir sıra nüfuzlu yarışların qalib və mükafatçıları da var.

Xəbər 806 dəfə oxundu.