Azərbaycanın yeniyetmə qılıncoynadanları Avropa çempionatının şəxsi yarışlarında qüvvələrini sınayıblar
Azərbaycanın yeniyetmə qılıncoynadanları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatının şəxsi yarışlarında qüvvələrini sınayıblar.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Maqsud Hüseynli otuzikidəbir finalda Belarus təmsilçisi Yauheni Kajaneuskiyə 15:10 hesabı ilə qalib gəlib. İdmançımız onaltıdabir finalda turnirin qalibi Rusiya idmançısı Dmitriy Nasonova 5:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 2 qələbəsi olan Saleh Məmmədov pley-offda İtaliya sablyaçısı Emanuel Nardellaya 7:15 hesabı ilə məğlub olub. Qrupda 1 qələbəsi olan Murad Əkbərov isə mübarizəni erkən dayandırıb.


Xəbər 876 dəfə oxundu.