Atletlərimiz “Minsk U20 İnternational Match” turnirində iştirak edirlər
Fevralın 25-də Minskdə Azərbaycanın gənc atletlərinin də iştirak etdiyi 20 yaşadək idmançılar arasında “Minsk U20 İnternational Match” turnirinə start verilib.

Turnirdə ölkəmizi Aleksey Əliəkbərov, Teymur Salahzadə, Vahid Kərimov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Aydın Bədəlov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edirlər.

İdmançılarımız turnirdə qaçış (60m, 400m, 1500m), tullanma (üçtəkanla, hündürlüyə, uzunluğa) və nüvəitələmə yarışlarında öz qüvvələrini sınayırlar.

Qeyd edək ki, turnirdə atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi altında mübarizə aparırlar.

Xəbər 888 dəfə oxundu.